Gender tədqiqatlarının Azərbaycana «gəlməsi»ndən artıq xeyli vaxt ötüb (respublikamızda genderə həsr olunmuş ilk konfrans 1998-ci ildə Fəlsəfə və Hüquq institutunda «Gender və İnsan Hüququ» Araşdırma Birliyi və BMT İP «Gender İnkişafda»layihəsinin işbirliyi ilə baş tutub). Bununla belə feminizmə qarşı aqressiv münasibət çox güclüdür (bu münasibət tələbə auditoriyalarından tutmuş xüsusən qızlar feminizmi bizim mənəviyyata, adət-ənənələrimizə zidd fenomen kimi tənqid edirlər çayxanalara, alim yığıncaqlarınadək hər yerdə müşahidə olunur. Hətta gender tədqiqatçılarında belə feminist sözünə qarşı bir çəkingənlik var). Təbii, başqa səbəbələrlə yanaşı məlumatsızlığın da bunda az payı yoxdur. Fikrimcə, Azərbaycan qadınının ən birinci problemi öz-özünü tanımaqdır. Feminist ədəbiyyat isə bu işdə ona çox yardım edə bilər.
Beləliklə, nədir ədəbiyyatın feminist tənqidi? Feminist nəzəriyyənin gender tədqiqatları üçün nə kimi önəmi var?
Feminist nəzəriyyənin gender tədqiqatları üçün xüsusi əhəmiyyəti, metodologiya rolu oynaması danılmazdır. Bu fikri iki əsas qnoseoloji tezislə əsaslandırmaq olar:
1. Gender tədqiqatları Qərbdə feminist nəzəriyyə ilə bağlıdır, gender tədqiqatlarının mənşəyi də burdan qaynaqlanır;
2. Baxmayaraq ki, bu gün feminist nəzəriyyə və ideologiya gender tədqiqatlarının geniş predmet sahəsinin ancaq bir hissəsidir, feminizm mövzusu patriarxal mədəniyyət, onun bütün təzahür formalarını araşdırmaq üçün son dərəcə aktualdır. Çünki cəmiyyətdə gender nizamının və qadınların sosial durumunun dəyişməsinin real nəticələri hələ çox zəifdir.
Feminist nəzəriyyənin gender tədqiqatları üçün əhəmiyyəti aşağıdakı məsələlərdə daha aydın üzə çıxır:
1. Feminist nəzəriyyə qadın subyektivliyinin mədəniyyətdə yeni növ subyektivləşdirmə kimi konseptuallaşmasının metodoloji əsası kimi çıxış edir. Bu vaxt gender tədqiqatlarının özünəməxsusluğu sadəcə bir (qadın), hətta iki (qadın və kişi) yox, ən azı 5 növ subyektivləşdirmənin (qadın, kişi, homoseksual, heteroseksual, transseksual) çıxış etməsindədir.
2. Feminist diskurs bilavasitə müasirliyin başqa fəlsəfi və sosial nəzəriyyələrinə aiddirsə, gender tədqiqatları ilk növbədə onun vasitəsilə müasirliyin başqa tənqidi diskurslarından istifadə edir. Bu kontekstdə qeyd etmək vacibdir ki, 90-cı illərin əvvəllərinədək gender tədqiqatlarının anlayış və analiz metodologiyasını əsasən feminist nəzəriyyəçilər yaratmışdısa, artıq bu işlə kvir-nəzəriyyəçilər məşğuldur.
3. Gender tədqiqatları üçün feminist nəzəriyyənin siyasi yönümlüyünün təsiri də önəmlidir. Belə ki gender tədqiqatlarının yeni akademik dissiplin kimi sosial ifadə olunmuş məqsədi var - cəmiyyətdə hər cür gender bərabərsizliyinin aradan qaldırılması.
Qeyd etməliyik ki, gender tədqiqatları mədəniyyətdə yeni növ diskurs kimi feminist diskursun əsas nəzəri problemləri və ziddiyyətlərini də araşdırır.
Feminist ədəbiyyat tənqidi təxminən ötən əsrin 70-ci illərində Qərbi Avropa və ABŞ-da yaranıb. Onun əsas məqsədi böyük ədəbiyyat mətnlərini 1) qadın müəllifliyi, 2) qadın oxuması, 3) qadın məktubyazma tərziylə bağlı araşdırmaqdır.
Qross ədəbiyyatın feminist tənqinin araşdırdığı üç növ mətni fərqləndirir:
1. qadın mətnləri - qadın müəlliflər tərəfindən yazılıb;
2. femin mətnlər - «qadınınkı» kimi qiymətləndirilə biləсək tərzdə yazılmış mətnlər;
3. feminist mətnlər - şüurlu olaraq dominant falloqosentrik (patriarxal ədəbiyyat kanonlarının metod, məqsəd və məsələlərinə meydan oxuyan mətnlər.
Bütövlükdə feminist ədəbiyyat tənqidi fəlsəfi-nəzəri baxımdan müxtəlif istiqamətlərə yönələ bilər. Amma onların hamısı üçün bir ümumi cəhət var: dünyada qadın varlığının xüsusi üsulunun mövcudluğu və onlara uyğun qadın reprezentativ strategiyalarının qəbul edilməsi. Bununla bağlı ədəbiyyatın feminist tənqidi ədəbiyyat və məktubyazma praktikasına ənənəvi baxışların dəyişməsini tələb edir. Ədəbiyyatın feminist tənqidi müəllifin cinsi mənsubiyyətinə, qadın oxumasına - oxucunun qavrayış xüsusiyyətləri, qadın məktubu - mətnin tərzinə diqqət yetirmək və qadın avtobioqrafiyası - mətnin məzmununa diqqət yönəltməyi tələb edir.
«Qadın ədəbiyyatı» nəzəriyyəsiylə bağlı ən populyar metodoloji əsərlərin müəllifi Meri Ellman (Qadınlar haqda düşünmək, 1968), Ellen Moers (Ədəbiyyat qadını, 1976), Sandra Hubert və Süzan Qubar (Ağılsız qadın çardaqda: qadın yazarlar və XİX əsrdə ədəbi təsəvvür edilən, 1979), Röyçel Dyü Plessi (Məktub və onlara son qoymaq: XX əsr qadın ədəbiyyatında narrativ strategiyalar, 1985), Eleyn Şouciter (Onların öz ədəbiyyatı: Brontedən Lessinqə qədər Britaniya qadın yazarları) və Eleyn Şouolterin redaktəsiylə çıxmış Yeni feminist tənqid toplulalan, Qadınlar, ədəbiyyat və nəzəriyyə haqda esse (1985), Bu müasir qadınlar: 20-ci illərin avtobioqrafik essesi (1978), Dekadans qızları. Qadın yazarlar əsrlərin kəsişməsində (1984) kimi kitabları aid etmək olar.
«Qadın oxuması» və «qadın məktubu» metodologiyasıyla bağlı əsərlərə Toril Moyun (Seksual/tekstual siyasət: feminist ədəbiyyat nəzəriyyəsi, 1985), Meri Yakobus (Oxuyan qadın. Feminist tənqid haqda esse, 1986) və onun redaktəsiylə Qadın məktubu və qadınlar haqda məktub, 1979), Şoşan Felman (Qadın nə istəyir. Oxuma və seksual fərqlər, 1983), Alis Jarden (Gynesis: Qadın konfiqurasiyaları və müasirlik, 1985), Nensi Millerin redaktəsi ilə Genderin poetikası, 1986, еləcə də fransız nəzəriyyəçiləri Yuliya Kristeva, Lüsi İriqare və Elen Siksunun əsərlərini aid etmək olar. «Avtobiorafizm» kriteriyasına gəlincə, bu, eyni dərəcədə qadın ədəbiyyatı, qadın oxuması və qadın məktubu üçün xarakterikdir.
Hazırda Azərbaycanda feminist nəzəriyyə, adından «feminist» sözü keçən hər şeyə şübhəylə yanaşmağa «əsas verən səbəblər»dən birincisi olmasa da, biri məlumatsızlıqdır (hər halda tələbə qızların feminizmə «saldırısı»nın səbəbi budur). Bu mənada ən azı feminist ədəbiyyat tənqidinin bəzi anlayışlarıyla tanışlıq pis olmazdı.
1. nəzəri yanaşma: «qinokritika» anlayışı.
1985-ci ildə Eleyn Şouolterin redaktəsiylə «Yeni feminist tənqid» kitabı işıq üzü gördü. Burda Annet Kolodni, Sandra Hilbert, Süzan Qubar, Bonni Zimmerman, Röyçel Dyü Plessi, Alisiya Ostrayker, Nensi Miller, Rozalşind Kovard kimi əsərləri feminizmin poetikasına çevrilmiş əsərlər toplanmışdı. Burda «qadın ədəbiyyatı»nın əsas məsələsi qadınların yaratdığı mövzu və janrların öyrənilməsi, yeni predmetlərin öyrənilməsi - məsələn, qadın kreativliyinin psixodinamikası, linqvistika və qadın dili problemi, fərdi və kollektiv qadın müəllifliyi trayektoriyası, qadın ədəbiyyatı tarixi və ayrıca qadın-yazarlar və onların əsərlərinin trayektoriyası.
Eleyn Şouolter adı çəkilən kitabda çap etdirdiyi «Feminist poetika» məqaləsində «qadın ədəbiyyatı»nı analizin iki əsas metodunu əsaslandırır:
1. feminist tənqid - qadına aid olan patriarxal seksual kodlarla və kişinin yaratdığı ədəbiyyat tarixi stereotipləri ilə eyniləşdirilir (sonuncunun əsasında isə qadına aid olanın, ənənəvi stereotiplərin eksplutasiyası və onlarla manipulyasiya dayanır).
2. qinokritika - isə kişininkindən asılı olmadan yeni qadın diskursu tipləri yaradır və kişi patriarxal ədəbiyyat nəzəriyyə və modellərinə sadə adaptasiyadan imtina edir.
Qadın bu diskursda mətnin müəllifidir, tekstual mənaların yaradıcısıdır, məhz qadın təcrübəsi və yaşantılarına dayanan yeni ədəbi diskursun ifadəçisidir.
Şouolterə görə, qinokritika о halda başlayır ki, biz xətti və mütləq kişi ədəbiyyatı tarixindən azad olaraq, qadını kişi ədəbiyyatı xətləri arasında işartıya bənzətməyə son qoyaraq, bunun əvəzinə yeni görünən qadın mədəniyyəti dünyasına diqqət yönəldirik.
Şouolter qinokritika metodologiyası əsasında qadın ədəbiyyatının inkişafında üç əsas məktub qəbuletməni fərqləndirir:
1. «feminin olanın» reprezentasiyası - dominant, patriarxal standartlar və sosial rolların ənənəvi gender standartlarının internalizasiyası, 2. «feminist olanın» reprezentasiyası - hakim/patriarxal standartlar və mədəniyyət dəyərləri və dilə qarşı etiraz, minoritar hüquq və qadın dəyərlərinin qorunması, 3. «qadınınkı»nin reprezentasiyası - reprezentasiya və məktubun kişi kanonlarından fərqli xüsusi qadın identikliyi kimi.
2. Qadına mərkəzlənmiş ədəbiyyat: bakirəlik zamanı. Ədəbiyyatda qadına mərkəzlənmiş ənənə qadın müəllifləri, qadın qəhrəmanları və məktubların (şer, novella, avtobioqrafıya, memuar, gündəlik) «qadın janrları»yla bağlıdır. Burda əsas konsepsiya qadın müəllifliyi konsepsiyasıdır, əsas nəzəri konstrukt isə ədəbiyyatda qadın emansipasiyası ideyasıdır.
Ellen Moers «Ədəbiyyat qadını»nda qadın ədəbiyyatı tarixini kişininkindən ayrı nəzərdən keçirməyə çalışır. Burda ədəbi ənənə qadın müəllifliyi varisliyi və qadın-yazarların bir-birinə qarşılıqlı təsiri, eləcə də qadın ədəbi-emosional mətn kommunikasiyası və qarşılıqlı təsiri baxımından nəzərdən keçirilir. Moers klassik ingilis-amerikan ədəbiyyatında gender müəllifliyinin müxtəlif şərtlərdə formalaşma diqqət yönəldir. Kişi müəllifliyi universitet, kişi dostluğunun açıq məkanında, açıq ədəbi diskussiyalarda formalaşmışdısa, qadın müəllifliyi qadının təhsil və azad həyat imkanlarından məhrum, siyasətdən, hər şeydən məhrum qapalı, intim ailə mühitində formalaşırdı. Moersin fikrincə, bu cür xüsusi məkanda qadın müəllifliyinin sosiallaşmasına başqa, daha əvvəlki qadın-müəlliflər (kişi-müəlliflər deyil) təsir göstərir. Çünki onlar ancaq qadın müəllifliyi araçılığıyla kişi-müəlliflərin qeydə almadığı öz hiss və yaşantıları arasında analogiya apara bilərlər.
3. «Qadın təcrübəsi» və «qadın ədəbiyyatı»: ədəbiyyatda ekstraədəbi kriteriyalar bu nəzəri istiqamətin əsas məqsədi - ədəbiyyatda spesifik qadın subyektivliyini əks etdirmək üçün xüsusi qadın ədəbi ifadəlilik vasitələri tapmaqdır. Bu yanaşmanın əsas tezislərindən biri empirizm və qadın ədəbiyyatını tədqiqin ekstra-ədəbi parametrlərinin vacibliyidir. Başqa sözlə, qadın təcrübəsinin kişi təcrübəsindən fərqliliyi tezisi. Ədəbiyyat nəzəriyyəsində «qadın təcrübəsi»nin konstruktlarından biri kimi «ikincidərəcəli müəlliflik» konstruktu güman edilir. Belə ki, aşkar olmasa da belə güman edilir ki, tanınmış qadın-yazarlar (yəni ədəbiyyat kanonlarına daxil ola bilmiş) mədəniyyətin uyğun mərhələsi üçün dominant gender və dil normaları, stereotiplərini bölüşür, patriarxal estetik və sosial dəyərləri şərh və internalizə edirlər (əks halda onlar kanonlara daxil ola bilməzdi).
Bu yanaşma Eleyn Şouolterin kitablarında daha ətraflı reallaşıb. Onların öz ədəbiyyatı: Brontedən Lessinqələk Britaniya qadın-yazarları (1977), Qadın ağılsızlığı. Qadın, ağılsızlıq və ingilis mədəniyyəti, 1830-1880 (1985), Seksual anarxiya. Əsrlər kəsişməsində gender və mədəniyyət (1990). Şouolter «Onların öz ədəbiyyatı: Brontedən Lessinqələk Britaniya qadın-yazarları» (1977) kitabında böyük ədəbi diskurs baxımından ikincidərəcəli hesab olunan qadın-yazarların əsərlərini nəzərdən keçirir. Burda o, marginal subyektivlik və dil ifadəliliyinin marginal praktikalarını təqdim edir. Sonuncular müəyyən (affektiv) qadın topologiyalarına uyğundur.
Şouolter sübut edir ki, XIX əsr ədəbiyyatında qadınınkının marginal/ikincidərəcəli topologiyası onunla təyin olunur. Mədəniyyət qadın-yazarları ilk növbədə bioloji kriteriyaya görə qiymətləndirir - ilk öncə qadın (qadını affektləri, hissləri, emosiyalarıyla) kimi və yalnız bundan sonra peşəcə-yazar kimi. Nəticədə qadın yaradıcılığı məktubyazmanın texniki nəticəsi kimi deyil, qadının təbiətinə xas kreativlik və psixoloji xüsusiyyətlərlə, onun xüsusi intensiv (cismani, affektiv) unikal durumları, başqa sözlə, «iblisanə qadın dühasının» nəticəsi kimi qiymətləndirilir. Başqa sözlə, qadın subyektivliyinin konstruksiyası deviasiya konstruksiyası vasitəsilə və buna uyğun normativ kişi subyektivliyinə münasibətdə günah hissiylə təyin olunur. Burdan da XIX əsr qadın ədəbiyyatında uyğun olaraq qadın affektiv ifadəliliyi (ağılsızlıq dili) qadın subyektivliyinin əsas forması hesab olunur.
Sandra Hilbert və Süzan Qubarın «Çardaqda ağılsız. Qadın-yazarlar və XIX əsr ədəbiyyat təsəvvürü əsəri ədəbiyyatın feminist tənqidində klassik qadın araşdırması hesab olunur. Şouolterdən fərqli olaraq müəlliflər ikincidərəcəli yox, Ceyn Ostin, Meri Şelli, Core Eliot, Emili Dikkenson kimi tanınmış qadın-yazarların yaradıcılığını analiz edirlər. Müəlliflər sübut edir ki, patriarxal mədəniyyətdə qadın-yazarlar qaçılmaz şəkildə onun diskursiv tələsinə düşürlər. Yəni onlar istənilən halda iki mümkün qadın obrazı- ənənəvi patriarxal obraz və eyni zamanda ona müqavimət göstərən obraz arasında ambivalent ayırımı dramatikləşdirməyə məcburdur. Müəlliflərin fikrincə, bu cür «ayırım» da qadın müəllifliyinin ambivalent strukturunu «ağılsızlıq» strukturu kimi formalaşdırır. Hilbert və Qubar qadın-yazarların başqa bir «ağılsız» identiklik simvolundan da istifadə edir - güzgü. Sonuncu qadının dramatik ikiyə bölünmə durumunu əks etdirir: qadınla bağlı normativ kişi təsəvvürlərinə uyğun olmaq və eyni zamanda bu norma və təsəvvürləri inkar etmək.
Beləliklə, Hilbert və Qubar ardıcıl olaraq qadın ədəbiyyatı ənənəsini araşdırır və həm də onun «günahsız tarixilik» damğasını yol vermədən onu problemləşdirir.
4. Problemlər və yeni nəzəri əsas axtarışı. Ədəbiyyatda «qadın müəllifliyi» və «qadın təcrübəsi»nin tənqidi.
Artıq 80-ci illərin sonlarında (ötən əsrin) 70-ci illərdə çox səmərəli görünən «qadın mətn müəllifi kimi» kontruksiya bəzi fəlsəfi problemlərlə üzləşir. Toril Moyun fikrincə, «qadın ədəbiyyatı»nın başlıca metodoloji problemi kişininkindən fərqli xüsusi qadın ədəbiyyatı kanonudur. Amma yeni kanon köhnəsindən heç də az repressiv deyil.
Bart 1977-ci ildə «müəllifin ölümü»nü (mətn individual subyektivliyin ifadəsi və xarici sosiallığın sadə reprezentasiyası yox, məktubyazma aktı, işarələrələ maddi manipulyasiya, diskursiv struktur, tekstual elementdir) elan etdikdən sonra, ümumiyyətlə, miüəllif autentliyindən danışmaq olmaz. Deməli, qadın müəllifliyi kodlaşdırmasını da müəyyənləşdirmək mümkün deyil. Qadın-müəlliflər stilinə görə kişi mətnləri, qadın-antifeministlər isə feminist tekstlər yarada bilər. Buna görə də feminist ədəbiyyat tənqidində «qadın ədəbiyyatı» konstruksiyasının əvəzinə «qadın oxuması» və «qadın məktubu» konsepsiyaları gəlir. Sonuncular da qadınınkı anlayışından istifadə edir, amma bu, biolioji gender müəllifliyi əlaməti yox, tekstual praktikanın müxtəlif seksual stili meyarına görə müəyyənləşir.
3. Qadın oxuması anlayışı
Qadın oxumasının əsas müddəaları Bartın ədəbiyyat siyasətini tekst istehsalından onların qavrayışına doğru dəyişmək siyasəti (müəllifin ölümü oxucunun doğuluşu deməkdir) feminist ədəbiyyat tənqidi üçün çox səmərəli olu. İndi persepsiya proseduru məhz mətn strukturlarının rəngarəngliyi və ambivalentliyini üzə çıxarmağa imkan verisə, deməli, o, spesifik gender/qadın tekst resepsiyasını da (sonuncu «böyük» kişi ədəbiyyat və tənqidi tarixində ikincidərəcəli hesab olunurdu). Beləliklə aydın oldu ki, artıq istənilən mətni qadın/feminist nöqteyi-nəzərdən analiz etmək olar. Persepsiya strukturu ilə məhz kişininkindən fərqli qadın subyektivliyinin xüsusi topologiyası bağlıdır.
Qadın persepsiyası strukturunda seksuallıq və arzulamanın xarakteristikaları aparıcı mövqedədir. Sonuncu geniş anlaşılır - ənənəvi subyektivlik strukturunda hissiliyin dominantlığı kimi. Əgər kişi qavrayışının ənəvi mədəni stereotipləri sərt və rasional mən-identiklik modelinə görə qurulursa, mətni «qadın oxuması» plüral və rəngarəng psixoloji və sosial qadın təcrübəsinə dayanır. Feminist tənqiddə qadın arzusu kimi oxuma müxtəlif «qadın oxuması» konsepsiyalarında əksini tapıb. Məsələn, Alis Jardenin «oxuma etikası», Elizabet Berqin «frivol oxuma», Ketrin Stimpsonun «gender damğalaması», Nensi Millerin «fövqəloxuması» (susqunluğun sətirlərarası oxumayla pozulması), Süzan Qubar və Sandra Hilbertin «bərpaolunan oxuması» (yəni ikincidərəcəli qadın-müəlliflər, anonim qadın təcrübəsi və yaşantılarının reprezentasiyası), Cudit Fetterlinin «ekstatik oxuması»(qadın müəllifləri qadın oxuması ola bilsin və bu elə belədir, erotikləşmiş oxumadır).
Qadın tənqidinin məqsədi də burda aydınlaşır - bu, qadını qadın kimi oxumağı öyrətməkdir.
«Qadın kimi oxumağ»ın nə anlama gəlməsi haqda bir az ətraflı. Ədəbiyyatın bu cür oxunuşu ümumqəbulolunmuş ədəbiyyat kodifikasiyasına qarşıdır və ənənəvi müəllif-oxucu-janr-tarixi dövr sxemindən fərqlənir. O, tekstuallıq və seksuallığın, janr və genderin, psixoseksual identiklik və mədəni avtoritetlərin əlaqəsini əsas tutur. Oxuma prosedüründə seksual differesiasiya prosesi hər şeydən əvvəl mətn baxımından, yəni dəyərin təkrar hasili kimi nəzərdən keçirilməlidir. Oxuma zamanı qadını əsas obyekt kimi nəzərdə tutmaqla biz sadəcə mətni «geder prizması»ndan nəzərdən keçirmirik, eyni zamanda özümüzü onunla identikləşdirərək, ona öz affektlərimiz baxımından münasibət bildiriririk. Qadın kimi oxumaq qadın arzusu ilə oxumaqdır.
Yəni tamın əvəzinə hissəyə, detallaşdırılmış hissi momentlərə diqqət yönəltməkdir. Bu isə sonda məktubyazma aktından fərqlənməyən avtobioqrafiya forması alır. Məsələn, feminist nəzəriyyəcilərdən Cudit Fetterliyə görə, «qadın kimi oxumaq»: a) qadın təcrübəsi baxımından, b) qadın üçün mətndə daha dəyərli olanı seçə bilmək haqqı verməkdir. Nensi Miller bu tezisi bir az da tamamlayır: feminist oxuma «bitərəf oxuma» olmamalıdır, əksinə daim xatırlatmalıdır ki, mədəniyyətdə ümumiyyətlə «bitərəflik» (materialist fəlsəfənin obyektivlik idealı) yoxdur və feminist tənqid varlığın sadəcə qadın dəyərlərinə münasibətdə öz maraqlılığını reprpezentasiya etməkdən qorxmur.
Annet Kolodni feminist ədəbiyyat tənqidində «qadın oxuması» anlayışının ən sistemli prinsiplərini «Yenidən oxuma xəritəsi: gender və ədəbiyyat mətnlərinin interpretasiyası» (Yeni feminist tənqid kitabı- 1985) məqaləsində verir. Məqalə Harold Blumun «Yanlış oxuma xəritəsi»nin tezislərindən polemik istifadə məqsədilə yazılıb. Kolodniyə görə, «biz elə oxuduğumuzuq» tezisi gender-neytral oxucunun mövqeyindən irəli gəlir və eyni zamanda qadın-oxucu kişidən fərqli oxuyur.
Əvvəla, qadın oxuması daha az abstrakdır. Qadın həmişə mətndə öz real həyat eksperimentini oxuyur. Qadm oxuması adətən basqı altında qalmış və əlçatmaz qadın reallığının simvollaşmasının üzə çıxarılması və daha sonra bunun gündəllik həyata «yazılması»dır. İkinci, oxuma prosedüründə qadın çox vaxt öz emosiyalarının təzyiqiqi duyur və öz affektlərinin gücüylə buna qarşı çıxır. Üçüncü, qadın oxumasında qadın obraz və situasiyalarına xüsusi diqqət ayrılır. Kişilərsə bunu əhəmiyyətsiz, ikincidərəcəli kimi qəbul edir.
Annet Kolodni Harold Blum və feminist nəzəriyyəçi Andrien Riçin «oxuma yenidən nəzərdən keçirmə kimi» anlayışını necə istifadə etmələrini müqayisə edir. Əgər Blum uçün «yenidən nəzərdən keçirmək» başqa mümkün ümuməhəmiyyətli ədəbiyyat yaratmaq üçün tekstual eksperimentdirsə, Riç üçün qadın oxumasının «yenidən nəzərdən keçirmək» kimi əsas məqsədi ümuməhəmiyyətli deyil, personal unikal tarixdir. Burda başlıca olan mətnin transformasiyası deyil, öz həyatını basqı tarixi kimi transformasiyadır.
Ötən əsrin 80-ci illərinin sonlarından «qadın oxuması» da fəlsəfi problemlə üzləşir. Derridaya görə, məktub istənilən empirik determinə olunmuş mətn alanın radikal yoxluğu situasiyasında fəaliyyət göstərir. Mətn heç vaxt öz ünvanına çatmır. Oxucu elə müəllifin özü kimi «ölü»dür. Bu səbəbdən müasir feminist ədəbiyyat tənqidində «qadın müəllifliyi», «qadın oxucu» və spesifik «qadın oxuması» anlayışları da problematikləşir.

Комментариев нет:
Отправить комментарий