суббота, 3 мая 2014 г.


Çalışmayanlar çalışanlara hərdən həsəd də aparırlar

Rövşən Nəsirov adına 111 saylı Nəsimi rayonu tam orta məktəbin müəllimiMeliha Əsədova isə Milli.Az-a açıqlamasında deyir ki, harada çalışmasından asılı olmayaraq sevilən qadınlar xoşbəxtdirlər: “Yəni elə qadın var ki, işi əladır, amma öz aləmində tənhadır. Yaxud evdardır, amma tənhadır, sevilmir. Amma sevilərkən hər halında xoşbəxtdir. Mən xoşbəxtliyi çalışmağımda görürəm. Çünki ətrafımda, işlərimdə sağlam rəqabət aparan dostlar var. Mən də öyrənirəm, çalışıram, işlərimdən güc alıram. Hiss edirəm ki, cəmiyyətə faydam dəyir və daha yaxşı nailiyyətlərə doğru addımlayacağam”.

M.Əsədovanın sözlərinə görə, ətrafında olan, tanıdığı xanımların işləyəndən sonra özlərini daha optimist fikirli xanım kimi hiss etdiklərinin şahidi olub. O da vurğulandı ki, xoşbəxtlik insanın həyat amalından asılıdır: “Əgər qarşısında cəmiyyətə qatılıb bir işlə məşğul olmaq onun niyyətidirsə, şikayət etmir. Yox, əgər sadəcə qismətilə barışıb özünü mətbəxdə görürsə o, öz xoşbəxtliyini orada tapacaq. Məsələn, mən islərimdə irəliləyiş olmayanda depressiyaya düşəcək qədər bir hal yaşayıram. İşdən yorulmuram. Məncə, çalışan qadınlar xoşbəxtdirlər. Çalışmayanlar çalışanlara hərdən həsəd də aparırlar”.

Həmsöhbətimin sözlərinə görə, işləyəndə ev işlərini daha tez çatdırmaq olur, nəinki işləməyəndə: “Bunu rəfiqələrim də təsdiqləyirlər. Məsələn, mən bu gün səhər saat 4-də durub yemək bişirmişəm. Bilirdim ki, akademiyaya, universitetə gedib işlərimi görəcəm. İşə gedəndə ev işlərini planlı görürük. Bilirik ki, vaxtımız məhduddur. Yoxsa arxayın oluruq, bəzən işlər yarımçıq qalır. İşim olmasa, yaradıcılığım olmasa, mən depressiyaya düşərəm. Həyat mənim üçün qaranlıq olar. Mən bu gün çalışdığım üçün bir qadın olaraq xoşbəxtəm”.

Nigar Abdullayeva
Milli.Az

Комментариев нет:

Отправить комментарий