понедельник, 26 января 2015 г.
пятница, 9 мая 2014 г.
DAHİDƏN DAHİ KƏLAMLAR .
Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.
Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın.
Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.
Tarix həmişə hər şeyi öz yerinə qoyur.
Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.

Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır.
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən dahaasandır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
Heç kim əbədi qalib ola bilməz.
Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz.

İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir.
Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır.
Heç bir ölkəni özünə düşmən hesab etməməlisən.
Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir.
HEYDƏR ƏLİYEV ELM VƏ TƏHSİL HAQQINDA .
h
* Təhsil millətin gələcəyidir.
* Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.
* Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda demək olar ki, təhsil almayan adam yoxdur.
* Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.
* Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
* Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.
Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmişİttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüşyaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadrpotensialının daha da gücləndirilməsinə imkan yaratmışdır
1999-cu ilədək təhsil sahəsində müxtəlif qərarlar qəbul edilsə də, təhsilin milli tərəqqimizin güclü amilinə çevrilməsi üçün dövlət təminatı olmalı idi. Odur ki, 1998-ci ilin martında "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalandı və bunun ardınca "Təhsil sahəsində islahatlar Proqramı" qəbul edildi. Komissiyanın yekun iclasında çıxış edən Heydər Əliyev demişdir: "Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır".
Azərbaycan Respublikasının orta təhsil sistemində ən ciddi problemlərdən biri, təbii ki, məktəb tikintisi, ümumtəhsil məktəblərinin təmiri və avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni fərman imzaladı. Fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı.

суббота, 3 мая 2014 г.
|
Çalışmayanlar çalışanlara hərdən həsəd də aparırlar
Rövşən Nəsirov adına 111 saylı Nəsimi rayonu tam orta məktəbin müəllimiMeliha Əsədova isə Milli.Az-a açıqlamasında deyir ki, harada çalışmasından asılı olmayaraq sevilən qadınlar xoşbəxtdirlər: “Yəni elə qadın var ki, işi əladır, amma öz aləmində tənhadır. Yaxud evdardır, amma tənhadır, sevilmir. Amma sevilərkən hər halında xoşbəxtdir. Mən xoşbəxtliyi çalışmağımda görürəm. Çünki ətrafımda, işlərimdə sağlam rəqabət aparan dostlar var. Mən də öyrənirəm, çalışıram, işlərimdən güc alıram. Hiss edirəm ki, cəmiyyətə faydam dəyir və daha yaxşı nailiyyətlərə doğru addımlayacağam”.
M.Əsədovanın sözlərinə görə, ətrafında olan, tanıdığı xanımların işləyəndən sonra özlərini daha optimist fikirli xanım kimi hiss etdiklərinin şahidi olub. O da vurğulandı ki, xoşbəxtlik insanın həyat amalından asılıdır: “Əgər qarşısında cəmiyyətə qatılıb bir işlə məşğul olmaq onun niyyətidirsə, şikayət etmir. Yox, əgər sadəcə qismətilə barışıb özünü mətbəxdə görürsə o, öz xoşbəxtliyini orada tapacaq. Məsələn, mən islərimdə irəliləyiş olmayanda depressiyaya düşəcək qədər bir hal yaşayıram. İşdən yorulmuram. Məncə, çalışan qadınlar xoşbəxtdirlər. Çalışmayanlar çalışanlara hərdən həsəd də aparırlar”.
Həmsöhbətimin sözlərinə görə, işləyəndə ev işlərini daha tez çatdırmaq olur, nəinki işləməyəndə: “Bunu rəfiqələrim də təsdiqləyirlər. Məsələn, mən bu gün səhər saat 4-də durub yemək bişirmişəm. Bilirdim ki, akademiyaya, universitetə gedib işlərimi görəcəm. İşə gedəndə ev işlərini planlı görürük. Bilirik ki, vaxtımız məhduddur. Yoxsa arxayın oluruq, bəzən işlər yarımçıq qalır. İşim olmasa, yaradıcılığım olmasa, mən depressiyaya düşərəm. Həyat mənim üçün qaranlıq olar. Mən bu gün çalışdığım üçün bir qadın olaraq xoşbəxtəm”.
Nigar Abdullayeva
Milli.Az
Подписаться на:
Сообщения (Atom)